"Rizin" Döyüş Federasiyasının noyabrın 4-də Bakıda təşkil edəcəyi "Landmark 7" turnirində döyüşəcək Azərbaycanın MMA idmançılarının rəqibləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Vüqar Kərəmov yaponiyalı Çihiro Suzuki, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalilov, Mehman Məmmədov ABŞ-li Castin Skoqqins, Tural Rəhimov isə cənubi koreyalı Kyun Pyu Kim ilə qarşılaşacaq.
Qeyd edək ki, sözügedən turnir Milli Gimnastika Arenasında təşkil olunacaq.