“Bütün futbolçular oyuna yaxşı qoşuldu” - Rəşad Sadıqov

30.08.2025 21:19 11
Ölkə futbolu / Manşet
“Zirə” evdə “Kəpəz”i məğlub etdi - 5:0.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası məthuat konfransında Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayıb.

- Futbolçularımızı təbrik edirəm. Vacib üç xal qazandıq. Milli fasilə ərəfəsində qələbə vacib idi. Oyunu dəyərləndirsək, iki komanda arasındakı fərq o idi ki, biz daha hazırlıqlıydıq. Çünki iyundan hazırlığa başlamışıq. Onlarda seleksiya gec oldu. “Kəpəz” 2-3 tur sonra təhlükəli komandaya çevriləcək.

- Konate nə əcəb dayaq yarımmüdafiəçisi kimi oynadı? Təlim-məşq toplanışında onu belə sınamışdız?
- “Şamaxı”da da elə oynayırdı əslində. Amma orda fərqli idi. Universaldı. Təlim-məşq toplanışında elə yoxlamamışdıq. İsmayılın mikrozədəsi var idi. Risk etmək istəmədik. Özünə komandaya gələndə demişdim ki, çox mövqeydə sınanacaqsan.

- Sonradan meydana çıxan Mikelslə Boqomolski qələbədə pay sahibi oldu. Bu barədə fikirləriniz?
- Sevindirici haldı. Mikels iki ay fasilə verib. Yavaş-yavaş oynayacaq. İkisi də oyuna yaxşı qoşuldular, hücumumuzu sürətləndirdilər. Bütün futbolçular oyuna yaxşı qoşuldu.

MÜZƏFFƏR QULUZADƏ