• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” “Kopenhagen”i məğlub etdi! - YENİLƏNİB

Manşet / Avrokuboklar

1-10-2025, 22:0

“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsindəki mübarizəsi davam edir. İlk turda “Benfika”nın meydanından tarixi qələbəylə ayrılan “köhlən atlar” indi evdə həmin uğuru təkrarlamaq üçün dəridən-qabıqdan çıxacaq.

"Football-plus.az" xəbər verir ki, bu dəfə rəqib “Kopenhagen”di.

Məlum olduğu kimi, Ağdam təmsilçisi hələ cümə günü oyun üçün satışa çıxarılan biletlərdən 27 min 500-nün satıldığını açıqladı. Deməli, sabah keçiriləcək oyunda stadionda, necə deyərlər, iynə atsaq, yerə düşməyəcək. Həmin gün, sadəcə, 30 mindən bir qədər çox azarkeşin yox, bütün azərbaycanlıların qəlbi “Qarabağ”la döyünəcək. Odu ki, oyunun “CBC Sport”un efirində canlı yayınlanacağını bildirməkdə fayda var.

Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
Qarabağ – Kopenhagen (Danimarka) 2:0

Abdulla Zubir, 28. Emmanuel Addai, 83.
Hakimlər: SƏRDAR GÖZÜBÜYÜK, Ervin Zeynstra, Patrik İnya, Yannik van der Laan (hamısı Niderland).
VAR hakimi: Rob Dyeperin (Niderland).
VAR hakiminin köməkçisi: Yerun Manshot (Niderland).
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.45.

Əlbəttə, “Qarabağ” “doğma divarlar” arasında keçiriləcək matçda yalnız qələbə uğrunda mübarizə aparacaq. Axı bütün azərbaycanlıların arzusu, xəyalı məhz bu yöndədi. Üstəlik Lissabonda qazanılan sürpriz qələbə “köhlən atlar”dan gözləntiləri bir qədər də artırıb. Digər tərəfdən, məhz həmin qələbə Ağdam təmsilçisinə yanaşmanı da dəyişib. İndi hər kəs Azərbaycan çempionuna qarşı daha diqqətli və məsuliyyətli çıxış etməyin nə dərəcədə vacib olduğunu anlayır. Bu üzdən Danimarka təmsilçisinin Bakıda mümkün ədər səhvsiz oynamağa üstünlük verəcəyi dəqiqdi. Hər halda, Qurban Qurbanov da rəqibi təhlil edib, planlarını qurub və futbolçularına müvafiq tapşırıqları verib. Odu ki, “köhlən atlar”dan yana narahat olmağa dəyməz.

İndi sual doğuran yeganə məqam Marko Yankoviçin zədəli olmasıyla bağlıdı ki, böyük ehtimalla, onu ya Emmanuel Addai, ya da Kris Kuaku əvəz edəcək. Mütəxəssisin kimə güvənəcəyini isə yalnız oyundan təxminən bir saat əvvəl biləcəyik. Bununla belə, Nəriman Axundzadə sağlamlığına qovuşub. Düzdü, onun start heyətində meydana çıxacağına inanmaq çətindi. Lakin gənc hücumçunu ehtiyat oyunçular skamyasında görəcəyimizə şübhə yoxdu. Beləliklə, “Qarabağ” döyüşə hazırdı! Bəs “Kopenhagen”lə bağlı durum nə yerdədi?

Danimarka çempionu srağagün Bakıya gəlib. Klub saytının məlumatına görə, komanda paytaxtımıza 21 futbolçuyla təşrif buyurub. Bunlar Dominik Kotarski, Munaşe Qarananqa, Qabriel Pereyra, Pantelis Hatzidiakos, Viktor Klaesson, Yussufa Mukoko, Mohamed Elyunussi, Cordan Larsson, Lukas Lerager, Rodriqo Hueskas, Markos Lopes, Robert Silva, Yunnosuke Suzuki, Mads Emil Madsen, Yoram Zaque, Birger Melinq, Tomas Delaney, Elias Aşuri, Aleks Runarsson, Villiam Klem və Oskar Buurdu. Məlumatda bildirilib ki, 4 oyunçu, daha dəqiqi, Oliver Hoyer, Conathan Moalem, Maqnus Mattsson və Andreas Kornelius zədəli olduğundan heyətdən kənarda qalıb.

Maraq üçün xatırladaq ki, bu komandalar hələ 27 il əvvəl - 1998-ci ilin yayında - o vaxt Kuboklar Kuboku adlanan yarışda üz-üzə gəlib və “Kopenhagen” hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0. Növbəti duel isə 2017-ci ildə ÇL-nin pley-off mərhələsində baş tutub. Bakıda qələbə qazanan (1:0) “Qarabağ” səfərdə uduzsa (1:2) da, artıq tarixə qovuşan “səfər qolu” qaydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Deməli, bu komandalar tarixdə 5-ci dəfə üz-üzə gələcək.

Əlbəttə, bu qarşılaşmanın məhz bizimkilər üçün düşərli olması mütləqdi. Ancaq həm “Kopenhagen”in, həm də “Qarabağ”ın, necə deyərlər, formada olduqlarını bildirməliyik. Danimarka təmsilçisi sentyabrın 27-də ölkə çempionatının 10-cu turunun səfərdə keçirilən matçında “Sonnerjüske”ni məğlub edibsə, “Qarabağ” premyer-liqanın evdə baş tutan 6-cı tur matçında “Qəbələ”yə qalib gəlib. Odu ki, hansısa fiziki və ya psixoloji problemdən danışmaq yersiz olar. Bu gün yalnız ən yaxşı performansını sərgiləyən komanda qalib gələcək ki, bunu Lissabonda bacaran “Qarabağ”ın nəyə qadir olduğunu gördük. “Köhlən atlar”a güvənməmək üçün hansısa əsasımız yoxdu… Bəlkə də yolun sonunda bizi “24-lük” gözləyir. Odu ki, irəli, “Qarabağ”!

Yeri gəlmişkən, “Kopenhagen” də Bakıda dəstəksiz qalmayacaq. Danimarka çempionuna dəstək vermək üçün ölkəmizə 150 azarkeş gəlib.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Avrokuboklar

29-09-2025, 13:0

"Qarabağ" - "Kopenhagen" matçını türk hakim idarə edəcək

Manşet / Çempionlar Liqası

12-08-2025, 21:0

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində! - YENİLƏNİB

Ölkə futbolu / Manşet

27-09-2025, 10:0

“Qarabağ” üçün tarixi fürsət: Çempionlar Liqasında növbəti 3 xalı qazanmaq olar!

Çempionlar Liqası

2-08-2022, 09:0

"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri məlum olur

Manşet / Çempionlar Liqası

30-08-2023, 10:0

Çempionlar Liqası: Qrupun son iştirakçıları bəlli olacaq - YENİLƏNİR

Ölkə futbolu / Manşet

28-08-2025, 23:0

Qurban Qurbanov püşkü dəyərləndirdi

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə