Şəhriyar Məmmədyarov iki pillə irəlilədi - FIDE reytinqi

1.10.2025 12:58 7
İdman
Şəhriyar Məmmədyarov (2742) Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinqində iki pillə irəliləyib.

"Football-plus.az" FIDE-nin rəsmi saytına istinadla xəbər verir ki, təcrübəli qrossmeyster hazırda 14-cü pillədə qərarlaşıb. Teymur Rəcəbov (2692) 38-ci, Rauf Məmmədov (2655) 62-ci, Eltac Səfərli (2630) 100-cü yerdədi.

Kişilərin siyahısına norveçli Maqnus Karlsen (2839) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyeva (2410) 35-ci pilləyədək irəliləyə bilib. Günay Məmmədzadə (2390) 51-ci, Gövhər Beydullayeva (2362) 73-cü, Xanım Balacayeva (2351) 87-ci yerdədi.

Qadın şahmatçıların sıralamasında çinli Hou İfan (2617) liderdi.