"Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var" - "Kopenhagen"in baş məşqçisi

30.09.2025 17:18 22
Manşet / Avrokuboklar
"Kopenhagen" sabah Çempionlar Liqasının 2-ci tur matçında "Qarabağ"ın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, Danimarka təmsilçisinin baş məşqçisi Yakob Neestrup oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Stadionun ot örtüyünün vəziyyəti necədi?
- Daha yaxşı ola bilərdi, amma bu, bizim üçün bəhanə deyil. Meydançanın vəziyyətindən asılı olmayaraq, vəzifəmiz qələbə qazanmaqdı. İdeal olmasa da, normaldı. Bir qədər tez gəldik ki, uyğunlaşaq. Səfər yaxşı alındı. Sabah hazır olacağıq.

- Rəqib barədə nə deyə bilərsiz?
- Rəqibə hörmətlə yanaşırıq. Çempionlar Liqasında bütün komandalar güclüdü. Şərtlər hər iki komanda üçün bərabərdi. Onlar da bura gəlib çıxmaq üçün uzun yol qət ediblər. "Ferentsvaroş" kimi klubu keçmələri çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. "Qarabağ"ın güclü hücumçuları, eləcə də mərkəz müdafiəçiləri var.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul