"Daha diqqətli olub cərimələnməyə bilərlər" - PFL-dən 1-ci liqadakı ağır sanksiyalara reaksiya

25.09.2025 11:23 37
Aktual / Ölkə futbolu
AFFA İntizam Komitəsinin yeni mövsümdən 1-ci liqa klublarıyla bağlı cərimə sanksiyalarının məbləğini artırdığını diqqətinizə çatdırmışıq.

Xatırladaq ki, bu günə qədər ortaya çıxan bilgilərə əsasən, klublar yeni mövsümdən etibarən azı 4 sarı vərəqəyə görə 70 yox, 210, birbaşa qırmızı vərəqəyə görə 100 yox, 900, meydana kənar əşya atılmasına görə 80 yox, 700, azarkeşlərin pirotexniki vasitədən yararlanmasına görə 150 yox, 900 manat ödəməlidi. Və çox güman, artımlar digər cərimə sanskiyalarını da əhatə edəcək.

Bəs, hələ dirçəlməkdə olan çempionatda çıxış edən, əksərinin maddi dayaqları güclü olmayan klubların belə sərt cəzalarla üzləşməsi nə dərəcədə məqsədəuyğundu? Ümumiyyətlə, yarışların təşkilatçısı və klubların maliyyə problemlərindən xəbərdar olan PFL-in bu məsələ ilə bağlı mövqeyi necədi?

Bu suallarla qurumun Media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:
"Bu halın klubların oyununa mənfi təsir edəcəyini də demək doğru deyil. Hədəf kimlərinsə cərimələnməsi deyil. Əlbəttə, klublar qaydalara daha çox riayət etdiyi halda cərimələnməyəcək. Cərimələrin artması o demək deyil ki, klublar bundan ziyan çəkəcək. Əksinə, daha diqqətli olub cərimələnməyə bilərlər”.
KƏNAN BAHADIR