İki aylıq “istirahət”ə yollandı

29.09.2025 20:39 15
Dünya futbolu
“Arsenal”ın oyunçularından biri uzun müddət futbol oynaya bilməyəcək.

"Football-plus.az" xəbər verir ki, Noni Madueke ciddi zədələnib. O, premyer-liqanın 5-ci turun “Mançester Siti” ilə matçında sırada çıxıb.

“The Athletic”in yaydığı məlumata görə, 23 yaşlı hücumçu zədə səbəbindən 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, Noni “Arsenal”a iyul ayında 50 milyon funt sterlinqə “Çelsi”dən keçib.