4 aylıq “istirahət”ə yollandı

28.09.2023 22:16 208
Dünya futbolu
PSJ oyunçularından birini uzun müddətə itirib.

“Football-plus.az” xəbər verir ki, Nunu Mendeş ciddi zədə alıb. Portuqaliyalı müdafiəçi dizindən zədə alıb.

Onu cərrahiyyə əməliyyatı gözləyir. Həkimlərin proqnozuna görə, 21 yaşlı futbolçu yaşıl meydandan təxminən 4 ay kənarda qalacaq.

Mendeş Fransa klubunda ikinci mövsümünü keçirir. PSJ ötən ilin yayında ona gərə “Sportinq”ə 38 milyon avro ödəyib.