İki aylıq “istirahət”ə yollandı

7.02.2024 17:20 182
Dünya futbolu
“Betis” aparıcı oyunçularından birinin xidmətindən uzun müddət yararlana bilməyəcək.

Yarımmüdafiəçi İsko sıradan çıxıb.

İspaniyalı futbolçu La Liqanın 23-cü turunun “Xetafe” ilə matçında (1:1) zədələnib. Yerli mənbələr sol dizindən zədə alan “Real”ın sabiq oyunçusunun 2 ay meydana çıxa bilməyəcəyini xəbər verib.

İsko bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.