"Nitsa"da ayrılıq baş verib.
Football-plus.az xəbər verir ki, komandanın baş məşqçisi Lüsyen Favr vəzifəsindən azad edilib. Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bu postda müvəqqəti olaraq Didye Diqard yer alacaq.
Qeyd edək ki, 65 yaşlı mütəxəssis 2022-ci ilin yayından "Nitsa"nı çalışdırırdı.