Qavi sıraya nə vaxt dönəcək?

1.09.2025 19:32 14
Dünya futbolu
Qavinin son durumu açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Barselona”nın mətbuat xidməti məlumat yayıb.

21 yaşlı yarımmüdafiəçinin sağ dizində bəzi problemlər olduğu bildirilib. Onun İspaniya çempionatının 3-cü turunun “Rayo Valyekano” ilə matçını buraxacağı açıqlanıb. Lakin gənc futbolçunun sıraya nə vaxt dönəcəyinə aydınlıq gətirilməyib.

Qavi bu mövsüm La Liqada 2 matçda iştirak edib, 1 məhsuldar ötürmə edib.