“Elə komanda yoxdu ki, istədiyi kimi oynasın” – Kurban Berdıyev

29.08.2025 23:11 29
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 3-cü turunda “Turan Tovuz” səfərdə “Neftçi” üzərində qələbə qazandı.

Qonaqların baş məşqçisi Kurban Berdıyev oyundan sonra jurnalistlərin suallarını cavabladı.

- Qələbəyə görə çox sevinirəm. “Neftçi” bu il daha yaxşı formalaşıb, heyəti güclənib.

- Oyundan nə dərəcədə razı qaldız?
- Heyətlər bərabər olanda yelləncək xarakteri daşıyırdı. “Neftçi”nin azlıqda olması səhvlərimizə gətirib çıxara bilərdi.

- Vacinin oyununu necə dəyərləndirirsiz?
- Yavaş-yavaş “artırır”. Təlim-məşq toplanışında iştirak edə bilmədi. Daha yaxşı ola bilərdi.

- Komandanın hədəfi çempionluqdu. Legioner limiti də ləğv olunub. Çempionluq üçün daha neçə futbolçuya ehtiyac var?
- Mövsüm hələ yeni başlayıb. Elə komanda yoxdu ki, istədiyi kimi oynasın. Mövqe deyə bilməyəcəm, amma transfer danışıqları gedir.

MÜZƏFFƏR QULUZADƏ