"Qarabağ"ı püşkatma mərasimində təmsil edən nümayəndə heyəti

28.08.2025 20:53 53
Avrokuboklar
Hazırda Monakoda keçirilən Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimində "Qarabağ"ı təmsil edən şəxslər müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, püşatma mərasimində Ağdam təmsilçisinin vitse-prezidenti Fevzihan Aras, baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, idarə heyətinin üzvü Asif Əsgərov, əməliyyatlar departamenti rəhbəri Fərid Ağayev, kommunikasiya departmentinin rəhbəri Anar Hacıyev iştirak edir.