Santuş millinin heyətini nə vaxt açıqlayacaq?

27.08.2025 13:29 20
Ölkə futbolu
Millimizin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Avqustun 29-da AFFA-nın inzibati binasında təşkil olunacaq konfrans saat 11.00-da başlayacaq.

Bildirilib ki, mətbuat konfransında milli komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 5-də Reykyavikdə İslandiya və sentyabrın 9-da Bakıda Ukrayna yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Xatırladaq ki, yığmamızın DÇ-2026-nın seçmə mərhələsindəki digər rəqibi Fransa yığmasıdı.