Yenidən İspaniyaya üz tutdu

21.08.2025 20:25 3
Dünya futbolu
Maraş Kumbulla yenidən İspaniyaya üz tutub.

"Football-plus.az" xəbər verir ki, “Roma” mərkəz müdafiəçisini icarəyə verib. Paytaxt klubunun mətbuat xidmətinin məlumatına görə, 25 yaşlı müdafiəçi “Malyorka”ya keçib. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Maraş ötən mövsüm icarə əsasında “Espanyol”da çıxış edib. Bu komandada 36 oyun keçirib və 3 qol vurub.