İngiltərədən yenə İspaniyaya üz tutdu

9.08.2024 16:28 341
Dünya futbolu
Aleho Veliz “Tottenhem”i yenə tərk edib.

İngiltərə klubu futbolçusunu növbəti dəfə icarəyə verib. London klubunun rəsmi saytının yaydığı xəbərdə 20 yaşlı hücumçunun 2024/25 mövsümündə “Espanyol”da çıxış edəcəyi bildirilib.

Xatırladaq ki, Aleho ötən mövsümün ikinci yarısında İspaniyanın digər klubu “Sevilya”da icarədə oynayıb. O, son mövsümdə bu komandada 16 oyun keçirib və 2 qol vurub.