Saba Qoqliçidze karyerasını yenə İtaliyada davam etdirəcək.
"Football-plus.az" 21 yaşlı futbolçu “Empoli”dən “Udineze”yə transfer olunub. Gənc oyunçu ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Yerli mətbuatda yayılan məlumatlara əsasən, bu keçid “Udineze”yə 4 milyon avroya başa gəlib.
Saba Gürcüstanın “Torpedo” klubunun yetirməsidi. O, “Empoli”yə 2024-cü ilin yanvar ayında transfer olunmuşdu. Müdafiəçi Gürcüstan milli komandasında 3 oyunda forma geyib.