London klubunda asiyalı oyunçu

19.07.2025 08:00 22
Dünya futbolu
“Tottenhem” Kota Takaini transfer edib.

London klubunun mətbuat xidmətinin məlumatına görə, 20 yaşlı müdafiəçi ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Yaponiyalı oyunçu ölkəsinin “Kavasaki Fronteyl” klubunun yetirməsidi.

O, əsas komandada debütünü 2022-ci ilin aprelində 17 yaşında olarkən edib. Ötən müddət ərzində bütün turnirlərdə ümumilikdə 81 oyunda iştirak edən Takai 4 qol vurub. O, ötən mövsüm komandasının Asiya Çempionlar Liqasının finalına yüksəlməsində mühüm rol oynayıb.

Yaponiya millisində 2024-cü ilin sentyabrında debüt edən Kota 4 beynəlxalq oyunda forma geyib.