“Ferentsvaroş” ÇL-nin əsas mərhələsinə namizədlər siyahısından silindi!

20.08.2025 15:52 92
Avrokuboklar / Aktual
“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Ferentsvaroş”u məğlub etməsi rəqibinin əsas mərhələyə namizədlər siyahısından silinməsiylə nəticələnib.

“Football-plus.az” xəbər verir ki, bu barədə “Football Rankings”in X səhifəsi məlumat yayıb. Statistika portalı “köhlən atlar”ın adını əsas mərhələyə vəsiqə qazananlar sırasında göstərməklə yanaşı, püşkatmada 4-cü səbətdə yer alacağını bildirib.

Xatırladaq ki, Ağdam təmsilçisi Budapeşt səfərindən 3:1 hesablı qələbəylə qayıdıb. Cavab görüşü avqustun 27-də “Tofiq Bəhramov”da keçiriləcək.

KƏNAN BAHADIR