Sərtanın komandası liderliyə yüksəldi

17.08.2025 11:54
Dünya futbolu
Sərtan Taşkının çıxış etdiyi "Serik Belediyespor" Türkiyənin 1-ci liqasında ilk qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu komandasının "Ümraniyespor"a 1:0 hesabı ilə qalib gəldiyi oyunda 89-cu dəqiqədə meydana çıxıb.

"Serik Belediyespor" 2 oyundan 4 xal toplayaraq turun digər qarşılaşmaları öncəsi liderliyə yüksəlib.