U-17 millimiz uduzdu, rəqibi A liqasına yüksəldi - 0:10!

30.10.2024 23:38 281
Ölkə futbolu
B liqasının 5-ci qrupunda yer alan U-17 yığmamız Lüksemburqda Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunan görüş Serbiya komandasının 10:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla serblər A liqasına vəsiqə əldə ediblər.

Yığmamız qrupda növbəti matçını noyabrın 2-də Lüksemburq seçməsinə qarşı keçirəcək.