“Biz nə edə bilərik?” – PFL-dən Rəşad Sadıqovun gileyinə reaksiya

13.08.2025 13:27 33
Ölkə futbolu / Manşet
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Şamaxı” ilə yoxlama oyunundan sonra süni ot örtüyündən və bəzi rayon komandalarının ev oyunlarını Bakıda keçirəcəyindən şikayətləndi. Yəni təqvim elə qurulub ki, müəyyən komandalar Gəncəyə, Tovuz heç getməyəcəksə, “Zirə” uzaq səfərlərə çıxmalı olacaq. Bu da Rəşad Sadıqovu narazı salan məqamdı.

“Football-plus.az” baş məşqçinin gileyi ilə bağlı PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin fikrini öyrənib:
“Hamının gözünün qabağında püşk atıldı. Püşk belə düşüb, belə alındı. Əvvəldən bilinirdi ki, bu klubların stadion problemi var. Stadion problemi bilinəndən sonra püşk atılmayıb ki. Biz indi nə edə bilərik? Bunu püşk müəyyənləşdirib, sonradan salınma olmayıb”.
MÜZƏFFƏR QULUZADƏ