"İmişli" Avropa Klublar Assosiasiyasının üzvü oldu

12.08.2025 13:40
Ölkə futbolu
"İmişli" Avropa Klublar Assosiasiyasının (ECA) rəsmi üzvü olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, ECA 2008-ci ildə yaradılıb və UEFA-da peşəkar futbol klublarının maraqlarını təmsil edən təşkilatdı.