London klubunda yeni təyinat

16.04.2025 22:58
Dünya futbolu
“Tottenhem” rəhbərliyində yeni təyinat olub. London klubu baş direktor vəzifəsinə Vinay Venkateshamı gətirib.

"Football-plus.az" xəbər verir ki, 44 yaşlı mütəxəssis yeni işinə yayda başlayacaq. Venkatesham 14 il “Arsenal”da işləyib. Bu klubda qlobal kommunikasiyalar rəhbərindən CEO-ya qədər yüksəlib.

Venkatesham daha əvvəl 2012-ci il London Olimpiadasının Təşkilat Komitəsinin və Avropa Klublar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü olub.

O, hazırda Böyük Britaniya Olimpiya Assosiasiyasının müşahidə şurasının üzvüdü.