“Qarabağ” "Şkendiya" azarkeşlərinə ayırdığı yerləri satışa çıxarır

12.08.2025 10:52 28
Avrokuboklar
“Qarabağ” “Şkendiya” azarkeşlərinə ayırdığı yerləri satışa çıxaracaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam klubu sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, rəqib azarkeşlər üçün stadionun 27 və 28-ci sektorları nəzərdə tutulubmuş. “Şkendiya" azarkeşlərinin oyuna qatılmaması səbəbindən həmin sektorların biletləri yerli azarkeşlər üçün bu gün saat 12.00-dan etibarən satışa çıxarılacaq.

Biletləri iTicket.az onlayn satış məntəqələrindən, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündü.