"Şamaxı"nın məşqçisi "Betis"in düşərgəsində

9.08.2025 18:28
Ölkə futbolu
"Şamaxı"nın koməkçi məşqçisi Elnur Çodarov "Betis"in (İspaniya) akademiyasında olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“UEFA Pro” kateqoriya məşqçilik kurslarında iştirak edən məşqçi akademiyanın rəhbəri, məşqçiləri ilə görüşüb və məşq planı ilə tanış olub.