Yenidən ölkəsində çalışacaq

8.08.2025 15:54 9
Dünya futbolu
Stanislav Çerçesovun yeni iş yeri müəyyənləşib.

Məşhur rusiyalı yenidən ölkəsində çalışacaq. O, “Axmat”ın baş məşqçisi təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 3 illik müqavilə imzalayıblar.

Qeyd edək ki, Çerçesov 2011-13-cü illərdə də “Axmat”a rəhbərlik edib. Onun sonuncu iş yeri isə 2025-ci ilin yanvarında tərk etdiyi Qazaxıstan yığması olub.