"Komanda olaraq, daha yaxşı çıxış edə bilərik" - Elmar Baxşıyev

19.10.2024 17:32 347
Premyer-liqa / Manşet
"Araz-Naxçıvan" Misli premyer-liqasının 10-cu turunda "Şamaxı"nın meydanından qalib ayrıldı - 1:0.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavabladı.

- Ağır oyun olacağını bilirdik. "Şamaxı" əzmkar komandadı. İlk dövrədə də bizə çətinlik yaratmışdılar. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb.

- Hakim xırda qayda pozuntularında belə oyunu dayandırırdı. Matçın tempindən nə dərəcədə razı qaldız?
- Ümumi hakimliyi yaxşı dəyərləndirirəm.

- Müdafiə xəttindəki oyununuzdan razısızmı?
- Komanda təkcə müdafiəçilərdən ibarət deyil. Düzdü, bəzi epizodlarda boşluq verirdik, lakin yaxşı oynadıq.

- Meza Kollinin sizin üçün faydalı transfer olacağını düşünürsüz?
- Yaxşı keyfiyyətlərə malik futbolçudu. Onu iyunda transfer etmək istəyirdik. Belə qismət oldu.

- Rəqibin ehtiyat qüvvəsi az idi. Belədə "Araz-Naxçıvan"dan daha dinamik matç gözləyirdik...
- Ayxan müəllimin komandaları həmişə nizam-intizamlı çıxış edir. Çətin oyun keçirəcəyimizi bilirdik. Komanda olaraq, daha yaxşı çıxış edə bilərik.

- Mustafa Əhmədzadəni ikinci hissədə meydana buraxdız. Plan əvvəlcədən belə idi, yoxsa kapitan zədələnəndən sonra belə qərar verdiz?
- Mustafa gənc və perspektivli futbolçudu. İkinci dəfə meydana çıxdı. Gənclərin inkişaf etməsini istəyirik.

KƏNAN BAHADIR