"Araz-Naxçıvan" "Anderlext"dən futzalçı aldı

28.07.2025 15:08 7
İdman
“Araz-Naxçıvan” heyətinə yeni futzalçı qatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ölkə çempionu "Anderlext"dən Luqqi Lonqonu transfer edib.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.