Cəlal Hüseynovun formasını geydiyi “Arda” (Bolqarıstan) Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, komanda evdə Finlandiya HİK-i ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Cəlal bu matça meydana start heyətdə çıxıb. O, sonadək oynayıb. 22 yaşlı müdafiəçi 47-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 31-də Helsinkidə keçiriləcək.