Məşhur futbolçunun oğlu ilk peşəkar müqavilə bağladı

29.07.2025 19:37 15
Dünya futbolu
Niderland millisinin sabiq oyunçusu Uesli Sneyderin oğlu Cessi ilk peşəkar müqaviləsini imzalayıb.

18 yaşlı yarımmüdafiəçi “Utrext”lə 3 illik müqavilə bağlayıb. Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb. Cessi “Utrext” U-21 gənclər komandasında çıxış edəcək.

Atası Uesli sosial şəbəkə hesabında bunları paylaşıb: “Səninlə fəxr edirəm. Qətiyyətin və iradən mükafatlandırıldı. Hər şey yeni başlayır. Uğurlar, oğlum”.