"Baku Sportinq" hücumçusu ilə yeni müqavilə imzaladı

22.07.2025 13:26 28
Ölkə futbolu
1-ci liqada mübarizə aparacaq “Baku Sportinq” yeni mövsümün hazırlıqlarına davam edir.

"Football-plus.az" xəbər verir ki, Buzovna təmsilçisi hücumçu İlham Allahverdiyevlə müqaviləni uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı futbolçu ilə sözləşmə 2026-cı ilin yayına kimi artırılıb.