AFFA rəsmisi təyinat aldı

4.07.2024 11:00 298
Ölkə futbolu
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının 4-cü qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.

Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.