"İmişli"nin yay hazırlıq planı

4.07.2025 18:13 38
Ölkə futbolu
Misli premyer-liqasına vəsiqə qazanan "İmişli"nin yay hazırlıq planı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komanda iyulun 7-də məşqlərə start verəcək. Təlim-məşq toplanışı Bakıda baş tutacaq.

"İmişli" avqustun 9-dək paytaxtda məskunlaşacaq. Klub ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan”, “Qəbələ”, “Şəfa”, “Şamaxı” və “Sabah 2” ilə qarşılaşmalar artıq dəqiqləşib.