“Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin yay məzuniyyəti dövründə Rusiyada eksklüziv müsahibə verə bilməz!
"Football-plus.az" xəbər verir ki, iddia ilə qonşu ölkənin “Matç TV” kanalı çıxış edib. Bu qaynaq bildirir ki, 39 yaşlı rusiyalı haqda film çəkən MHL belə qərar verib. Bu qadağa yalnız hokkeyçinin sponsorları, həmçinin mətbuat konfransları üçün keçərli deyil.
2024/25 mövsümündə Ueyn Qretskinin müntəzəm çempionatda qol sayına görə rekordunu (894) qıran Oveçkinin hesabında 897 qol var. Rusiyalı ulduz Türkiyədə bir ay dincələndən sonra çərşənbə axşamı vətənə qayıdıb, Amerikaya isə sentyabrın əvvəlində yollanacaq.
Bu arada MHL ilə bu liqada çıxış edən oyunçuların assosiasiyası (NHLPA) 2030-cu ilə qədər olan dövr üçün yeni kollektiv müqaviləni paraflayıb. 2026/27 mövsümündən qüvvəyə minəcək müqavilə müntəzəm çempionatda oyun sayının 82-dən 84-ə çatdırılmasını nəzərdə tutur.
MHL-in komissarı Qeri Bettmen yeni anlaşmanı belə dəyərləndirib: