"Football-plus.az" xəbər verir ki, rusiyalı ulduzun xanımı Anastasiya bir neçə gün əvvəl onun MHL-də son mövsümünü keçirəcəyini və vətənə qayıdacağını demişdi. Deyli isə fərqli danışıb:
“Bu haqda danışmaq baxımından hədsiz tezdi. Bu məsələləri həll etmək və hər şeyi planlaşdırmaq üçün vaxtımız çoxdu”.
39 yaşlı hokkeyçi bir neçə gün əvvəl Amerikadan vətənə qayıdıb. Onun son mövsümdə müntəzəm çempionatda qol sayına görə Ueyn Qretskiyə məxsus olan rekordu (894) yenilədəyini də xatırladaq. Oveçkinin hesabında 897 qol var.






