Qısa zamann kəsiyində artıq üç azərbaycanlı futbolçu - Mirabdulla Abbasov, İlkin Muradov və Orxan Əliyev Qırğızıstan klubu ilə anlaşıb.
İlkin Muradovla əlaqə saxlayıb, “Abdış-Ata”nı seçməsinin səbəbini soruşduq:
“Qvanzav Maqomedovun menecerliyi ilə bu transfer reallaşdı. Mirabdulla Abbasov və Orxan Əliyev də bu menecerin vasitəsi ilə “Abdış-Ata”ya gəlib. Təklif gələndən sonra klubu araşdırdım, bəyəndim. Qırğızıstanda “Abdış-Ata”dan başqa klub da təklif göndərmişdi, Azərbaycanda da bir-iki klubdan təklif var idi. Ən uyğun təklifi burdan gördüm və gəldim”.
Qeyd edək ki, ötən mövsümü “Səbail”də keçirən yarımmüdafiəçi premyer-liqada ümumilikdə 174 oyuna çıxıb, 3 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
MÜZƏFFƏR QULUZADƏ