Mirabdulla Abbasov Qırğızıstan klubunda - rəsmi

2.07.2025 13:16 30
Ölkə futbolu
Qırğızıstanın “Abdış-Ata” komandası azərbaycanlı futbolçu Mirabdulla Abbasovu heyətinə qatıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Mirabdulla Abbasov son olaraq "Səbail"də çıxış edib. "Neftçi"nin yetirməsi olan 30 yaşlı hücumçu "Sumqayıt"ın da formasını geyib.