Millimizin sabiq yarımmüdafiəçisi, tanınmış veteran futbolçu Bəxtiyar Musayevə AFFA-da vəzifə verilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
O, Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
Qeyd edək ki, Bəxtiyar Musayev 1997-2006-cı illərdə yığmamızın heyətində 20 oyun keçirib.