Bu fəderasiya prezidentinə vəzifə verildi

14.04.2022 09:19 521
İdman
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

Bu barədə beynəlxalq qurumun rəsmi saytı məlumat yayıb. Nəbiyev İJF-nin nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

Rəşad Nəbiyev 2021-ci ilin noyabrından Azərbaycan Cüdo Federasiyasının prezidentidir.