"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, paytaxt təmsilçisi İordaniyanın “Əl-Hüseyin” klubu ilə qarşılaşıb. Matç "qartallar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Brahim Konate vurub.
"Zirə" bunadək iki yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörəngücü”nə qalib gəlib (2:1).
Xatırladaq ki, iyulun 17-nə qədər qardaş ölkədə olacaq "Zirə" bu müddətdə daha iki yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 16 iyul (iki oyun) tarixində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.
"Zirə" İordaniya klubuna qalib gəldi
Ölkə futbolu






