"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

30.06.2025 19:56 37
Ölkə futbolu
"Qarabağ" və "Zirə" yay təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi və Bakı klubu bu gün "Azersun Arena"da üz-üzə gəlib. Görüş "Qarabağ"ın böyükhesablı qələbəsi ilə başa çatıb - 4:0. Qolları Kadi Borge0s (10), Emmanuel Addai (50), Aleksey Kaşuk (58) və Musa Qurbanlı (64) vurub.

"Qarabağ" hazırlıq prosesində Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

5-17 iyul tarixlərində Türkiyədə təlim-məşq toplanışında olacaq "Zirə" isə bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır. Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilib.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Zirə" isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiya "Hayduk"u ilə üz-üzə gələcək.