Ölkəmizin 18 yaşadək qız basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti oyunlarını keçirib.
"Football-plus.az" xəbər verir ki, yığma 4-cü matçda İslandiya ilə qarşılaşıb. Oyun basketbolçularımızın 86:79 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrup mərhələsinin sonuncu oyununda rəqib Kosovo olub. Bu oyunda da qalib gələn (62:54) qızlar C qrupunu 3-cü yerdə başa vurub. Daha öncə Bosniya və Hersoqovina (83:81) ilə İslandiyaya (86:79) qalib gələn, Ukrayna (65:78) və Litvaya (31:82) uduzan yığmamız 9-16-cı yerlər uğrunda oynamaq imkanı qazanıb.
Dünən bu yolda ilk rəqibimiz Danimarka olub: Azərbaycan – Danimarka 75:72.