Gürcüstanın Batumi şəhərində qadınlar arasında şahmat üzrə Dünya kuboku davam edir.
"Football-plus.az" xəbər verir ki, azərbaycanlı şahmatçılar çıxışını 1/32 final mərhələsində başa vurub.
Ülviyyə Fətəliyeva gürcüstanlı Lela Cavaxişvili, Gülnar Məmmədova isə Polina Şuvalova (FIDE) ilə bu gün ikinci görüşdə üz-üzə gəliblər. İlk oyunlarında bu rəqiblərə uduzan şahmatçılarımız yollarına davam etmək üçün mütləq qələbə qazanmalı idilər. Amma Ülviyyə heç-heçə oynayıb, Gülnar isə növbəti də məğlub olub.
Qeyd edək ki, ilk mərhələdən sonra Gövhər Beydullayeva və Xanım Balacayeva Dünya kubokunda mübarizəni dayandırıblar.