Kiçik Ançelotti də Braziliyaya yollandı

9.07.2025 19:28 6
Dünya futbolu
Braziliya yığmasının çalışdırıcısı Karlo Ançelottinin oğlu Davide də atasının yollandığı ölkədə qərar tutub.

35 yaşlı məşqçi “Botafoqo”da işləyəcək. Rio de Janeyro klubunun rəsmi saytı onunla müddəti 2026-cı ilin dekabrına qədər nəzərdə tutulan müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Davide Ançelotti indiyədək atasının rəhbərlik etdiyi “Real”da, sonra isə Braziliya millisində məşqçilər heyətində çalışıb.

“Botafogo” iyunun 30-da portuqaliyalı mütəxəssis Renato Payvanın baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi. Bu qərar klubun Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “Palmeyras”a 0:1 hesablı məğlubiyyətindən sonra verilmişdi.