UEFA-nın gəliri nə qədər olacaq?

16.07.2025 06:55 75
Dünya futbolu
UEFA-nın avrokubokların növbəti mövsümündə əldə edəcəyi gəlir açıqlanıb. Bu planda məbləğ 4 milyard avrodan çox olacaq.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Calcio e Finanza” məlumat yayıb. İtaliya nəşrinin yazdığına görə, UEFA-nın 2025/26 mövsümündə Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL), Konfrans Liqası (KL) və Avropa Superkubokunun (AS) təşkilindən əldə olunacaq gəliri 4,4 milyard avro təşkil edəcək. Bu, ötən mövsümün göstəricisi ilə eynidi. Yarışların təşkilati və inzibati xərcləri isə 387 milyon avro qiymətləndirilir.

Bütün xərclər çıxıldıqdan sonra 3,548 milyard avro xalis gəlir qalır. 231 milyon avro (6,5%) məbləğində vəsait Avropa futbolunun inkişafı üçün ayrılacaq. Qalan 3,317 milyard avro isə avrokubokların əsas mərhələsində iştirak edəcək klublar arasında bölüşdürüləcək.

Bu məbləğin 2,437 milyardı ÇL və AS iştirakçılarına, 565 milyonu AL-in, 285 milyonu isə KL-in iştirakçısı olacaq klublara veriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul