Dünyanın ən gəlirli klubları bəlli oldu

24.01.2025 20:55 285
Dünya futbolu
Maliyyə araşdırma şirkəti ''Deloitte'' 2023/24 mövsümünə aid yekunları açıqlayıb.

''Football-plus.az'' xəbər verir ki, ''Real'' hər kəsi üstələyərək mövsümün ən çox gəlir əldə edən klubu olub. Madrid nəhəngi ötən ''futbol ili''ndə ümumilikdə 1,05 milyard avro gəlir əldə edib. ''Kral klubu'' futbol tarixində bir mövsüm ərzində gəliri 1 milyard avronu ötən ilk kollektivə çevrilib! 2024-cü ilin iyulunda ''Real''ın direktorlar şurası da bu faktı açıqlayaraq mövsümlük gəlirin 1 milyard avronu ötdüyünü bildirmişdi.

''Santyaqo Bernabeu''da yenilənmə işlərinin tamamlanmasının ardından bilet gəlirini 103 faiz artıraraq 248 milyon avroya çatdıran ''Real'' yayın haqlarından 316 milyon avro, sponsorluq anlaşmalarından isə 482 milyon avro qazanc əldə edib.

Qeyd edək ki, 2022/23-də də ''Real'' 831 milyon avroluq gəliri ilə yenə də zirvədə qərarlaşmışdı. Göründüyü kimi öncəki mövsümlə müqayisədə komandanın gəliri 26 faiz artıb. ''Deloitte'' şirkəti tərəfindən açıqlanan mövsümün ən çox gəlir əldə edən klubların siyahısında ''Mançester Siti'' 838 milyon avro ilə 2-ci, PSJ 806 milyon avro ilə 3-cü pillədə qərarlaşıb.

İlk ''10-luq''dakı digər klublar isə bunlardı: ''Mançester Yunayted'' (771 milyon avro), ''Bavariya'' (765), ''Barselona'' (760), ''Arsenal'' (717), ''Liverpul'' (715), ''Tottenhem'' (615), ''Çelsi'' (546).

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul