• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Premyer-liqa klubları niyə keyfiyyətli əcnəbi futbolçuları Azərbaycana gətirə bilmir?

Ölkə futbolu / Manşet

8-07-2025, 00:0

Arif Əsədov: “Çempionatımızın reytinqindən, meydançaların durumundan çox şey asılıdı”

Emil Şükürov: “Çoxu öz ölkəsindəki rahat şəraiti qoyub burda çalışmaq istəmir”

Premyer-liqa klublarının yay “transfer pəncərəsi” çərçivəsində gördüyü işlərdən xəbərdarsız. Yeni mövsüm üçün heyətini formalaşdırmağa çalışan komandalar xidmətinə ehtiyac duymadığı və fəaliyyətindən məmnun qalsa da, şərtlərdə ortaq məxrəcə gələ bilmədiyi futbolçularla yollarını ayırırsa, yeni oyunçularla anlaşırlar.

Transfer dosyesi sayəsində kollektivlərdə baş verən dəyişikliklərlə tanış ola bilərsiz. Lakin həmin dosyedə elə bir məqam var ki, durumu daha detallı araşdırmağa dəyər. Söhbət klublardan gedənlərin siyahısının yetərincə geniş olmasına baxmayaraq, gələnlərin gözləniləndən az olmasından gedir. Halbuki legioner limiti ləğv olunanda futbol ictimaiyyəti komandaların xeyli əcnəbi futbolçu alacağını düşünürdü.

Bəli, əslində hələ də bundan “sığortalanmamışıq”. Komandalar sentyabrın 10-dək hadisələrin axarını dəyişə - çoxlu legioner ala bilər. Hər halda, bu gün mənzərə fərqlidi. “Qarabağ” başda olmaqla, bütün klublarımız – bəlkə də “Araz-Naxçıvan”ı istisna etmək olar, ona görə ki, Muxtar Respublika təmsilçisi 5 iddialı legionerlə müqavilə imzalayıb – heyətin gücləndirilməsi yönündə görülən işlərdə ciddi çətinliklərlə üzləşir. Bu, təkcə vəziyyətə əsasən səsləndirdiyimiz iddia deyil, həm də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibələrindən birində dediklərinin təzahürüdü:

“Danışıqlar tam istədiyimiz kimi getmir. Oyunçular daha yaxşı təklif gözləyir. İşimiz asan deyil”.
Maraqlıdı ki, bu fikirlər premyer-liqada ən çox – 12 dəfə çempion olan, ötən il ardıcıl 11-ci dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanan “köhlən atlar”ın çalışdırıcısına məxsusdu. Görünür, qışda “mövsüm davam edirsə, yaxşı futbolçu tapmaq çətindi. Ya komandalar aparıcı oyunçularını buraxmaq istəmir, ya da müqavilələrin müddəti davam edir deyə transfer həddən artıq baha başa gəlir” fikrini səsləndirən mütəxəssislər yayda da oxşar problemlə üzləşir.

Bəs belədə komandalar, xüsusilə ölkədaxili turnirlərdə uğur qazanmaqda çətinlik çəkən, Avropada tanınmayan klublar nə etməlidi? Əcnəbi futbolçuların çempionatımıza yuxarıdan aşağı baxmasının səbəbi nədi?

Bu sualları təcrübəli mütəxəssis Arif Əsədov və menecer Emin Şükürov cavabladı.

Arif Əsədov:
“Qarabağ” bu məsələyə həmişə həssas yanaşıb. Qurban müəllim çalışır ki, futbolçu seçimində yanılmasın. Bəli, qış fasiləsində buna nail olmaq çox çətin olur. Amma yayda az hallarda da olsa, şans var. “Qarabağ” son vaxtlar yaxşı, keyfiyyətli futbolçular transfer edə bilib. Sadəcə, bu oyunçular bahadı. Yəni şərtlərlə gah zədəsini bərpa etmək üçün vaxta ehtiyac olduğundan razılaşırlar, ya da formada olmadıqları üçün. Bu futbolçular bir müddət sonra komandaya uyğunlaşa bilir. Nadir hallarda olub ki, “Qarabağ”da yeni oyunçu qısa vaxtda özünü yaxşı tərəfdən göstərsin. Ağdam təmsilçisinin üslubu belədi. Ümumiyyətlə, hazırda komandada gəncləşdirmə prosesi gedir. Bəzi legionerlərlə yolları ayırıblar. Hiss olunur ki, “Qarabağ” tələsmir. Onsuz da kollektivin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazanması çətin olmayacaq. Lakin növbəti mərhələlərə qədər heyəti daha da gücləndirmək vacibdi. Digər komandalara gəlincə, çempionatımızın reytinqindən, meydançaların durumundan çox şey asılıdı. Sirr deyil ki, ölkəmizdə futbolun durumu ürəkaçan deyil. Ot örtüklərinin əksəriyyəti sünidi. Əlbəttə, legioner bu məqamlara, eləcə də infrastrukrun səviyyəsinə, klubun fəaliyyətinə, komandanın avrokuboklarda nə dərəcədə uğurlu olduğuna diqqət yetirir. Bu üzdən klublarımız keyfiyyətli futbolçuları cəlb etməkdə çətinlik çəkir. Həmçinin legionerlərin sayının çox olması maliyyə baxımından kollektivlərə mənfi təsir edir. Ona görə düzgün seçim etməlidilər. Necə deyərlər, az olsun, amma keyfiyyətli olsun”.
Emil Şükürov:
“Bildiyimə görə, klublarımız, xüsusilə, “Araz-Naxçıvan” heyətini sürətlə gücləndirmək istəyir. Avrokuboklarda uğur qazanmaq üçün bu prosesin səhvsiz həyata keçirilməsi vacibdi. “Qarabağ”la bağlı durum isə bir qədər fərqlidi. Bu klubu hamı tanıyır. Bura hamı gəlmək istəyir. Ancaq ucuz qiymətlə razılaşmırlar. Çünki komandanın avrokuboklarda hansısa qrup mərhələsində çıxış edəcəyinə əmindilər. Əlbəttə, belədə həmin futbolçunun qiyməti artır. Həmçinin zamanla klubların imkanı artıb. Əvvəllər skaut bölməsi 3-5 oyunçu haqda araşdırma aparırdısa, bu gün say daha çoxdu. Seçimlər artırsa, görülən işlər də artır. Bu üzdən Qurban Qurbanovu başa düşmək olar. “Qarabağ”ın doğru transfer etməsi çox çətindi. Digər komandalara gəlincə, onlar menecerlərlə düzgün iş qurmalıdı. Bəzi klubların əməkdaşlarıyla danışanda bildirir ki, “transfer pəncərəsi” dövründə minə yaxın futbolçuya baxıblar. Əslində belə olmalı deyil. Klub özü azı 6 ay əvvəldən axtarış edəcəyi mövqelər üzrə siyahı hazırlamalı, lazım olan futbolçuların sayını dəqiqləşdirməli və müəyyən oyunçularla danışıq aparmalıdı. Bundan sonra maliyyə məsələləri nizamlanmalıdı. Ya futbolçunu daha aşağı qiymət üçün razı salmalı, ya da büdcəsini həmin oyunçuya uyğun hala gətirməlidi. Bununla belə, davam edən mövsüm ərzində həmin futbolçu diqqətdə saxlanılmalıdı. Bu halda, baş məşqçi, komandanın oyun tərzi dəyişsə belə, əldə hazır siyahı, müəyyən namizədlər olduğu üçün heyətdə asanlıqla dəyişiklik edə bilirsən. Bizdə bu proseslər düzgün yerinə yetirilmir. Bir də görürsən, qarşısına avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulmayan komanda bunu bacarır və nəticədə məcburi addımlar atılır: büdcə gözlənilmədən artırılır, maliyyə şərtləri uyğun olmayan futbolçular tələsik alınır. Sonradan komanda başa düşür ki, həmin oyunçuya avrokuboklarda çıxış üçün doğru seçim olsa da, də, ölkədaxili turnirlərdə əlavə yükdü. Qısası, hadisələrin axarı maliyyə xaosuyla nəticələnir. Klubların sözdə yox, təcrübədə özünü yaxşı tərəfdən göstərən, işi bilən, planlar quran, digər ölkələrin bacarıqlı menecerləriylə münasibəti olan idman direktorları olmalıdı. Məsələn, bu gün “Karvan” və “İmişli”nin yeni mövsüm üçün hazırlığı xaotik xarakter daşıyır. Bu klublara xeyli futbolçu təklif olunur. Klublar isə seçim etməyə tələsmir. Məncə, belə komandalar 4 təcrübəli yerli futbolçuyla anlaşmalıdı. Qapıçı, hücumçu, mərkəz müdafiəçisi və vinger mövqelərini isə keyfiyyətli əcnəbilərlə gücləndirilməlidi. İş ondadı ki, Azərbaycana, xüsusən də bölgələrə hər oyunçu gəlmir. Əlbəttə, çoxu öz ölkəsindəki rahat şəraiti qoyub burda çalışmaq istəmir. Gərək həmin legionerləri Bakıda hər cür şəraitlə təmin edəsən. Bu da əlavə xərc deməkdi. Ya da üzdə olmayan futbolçuları həftədə 3-5 gün, məsələn, Yevlaxda yaşamağa razı salmalısan. Yevlaxı pisləmirəm. Özüm də orda – “Karvan”da işləmişəm. Ancaq Azərbaycan reallıqlarını unutmamalıyıq. Sadəcə, əcnəbi futbolçunun asudə vaxtını rahat keçirməsi, istirahət etməsi üçün Yevlaxda nəsə yoxdu. Elə İmişli və Tovuz da bu cəhətdən digər bölgələrdən geri qalır. Belədə legionerlər eyni məbləğ qarşılığında başqa ölkələrdən gələn təklifləri dəyərləndirməyi üstün tutur. Bu məqamları tərəziyə qoyanda bizim klublarımızın uduzması təbii haldı”.
KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

31-05-2022, 21:0

Premyer-liqa ilə bağlı vacib qərar verildi

Aktual / Ölkə futbolu

5-02-2025, 17:0

“Limitin ləğv olunması əcnəbi futbolçunun fikrini dəyişməyəcək ki...” – menecer

Dünya futbolu / Manşet

23-07-2024, 22:0

Türkiyədə legioner limiti dəyişdirildi

Ölkə futbolu

3-02-2025, 23:0

Misli premyer-liqasında legioner limiti ləğv olundu

Ölkə futbolu / Manşet

1-07-2025, 00:0

"Qarabağ"ın transfer edəcəyi üçüncü legioner bəlli oldu - Konte Azərbaycana gəlir

Manşet / Yazarlar

11-03-2025, 15:0

“Sabah” niyə yerlilərdən üz döndərir? – YAZI

Aktual
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
“Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
Son xəbərlər
  • Bu gün, 17:06
    Fransaya qayıtmayacaq
  • Bu gün, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Bu gün, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Bu gün, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Bu gün, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Bu gün, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Bu gün, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Bu gün, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Bu gün, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Bu gün, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Bu gün, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Bu gün, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
  • Bu gün, 13:08
    Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
  • Bu gün, 12:51
    AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
  • Bu gün, 12:20
    Parisi tərk edəcək
  • Bu gün, 11:59
    “Neftçi” və “Zirə”nin mümkün rəqibləri dəqiqləşdi
  • Bu gün, 11:39
    Cəlal Hüseynov Rumıniya klubunda
  • Bu gün, 11:19
    “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi - siyahıda "Beşiktaş" da var
  • Bu gün, 11:14
    "Araz-Naxçıvan" Ülvi ilə razılaşdı
  • Bu gün, 11:00
    “Sabah”ın qarşılaşa biləcəyi komandaların sayı azaldı
  • Bu gün, 10:50
    CAS “Turan Tovuz”un şikayətini niyə təmin etmədi? – klubun əleyhinə işləyən səbəb üzə çıxdı!
  • Bu gün, 10:21
    Norveç, Argentina və Avstriya qələbə qazandı - DÇ səhəri
  • Bu gün, 10:08
    “Rövşən belə söz deyibsə, səhv edib” – Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
  • Bu gün, 09:45
    Azərbaycan ilk dəfə STEM Racing proqramına qoşuldu
  • Bu gün, 08:51
    “Avrokuboklarda iştirak etmək bizim üçün gözlənilməz oldu” - Rəşad Sadıqov
  • Bu gün, 08:11
    Avropa çempionlarının DÇ ilə bağlı uğursuz ənənəsi davam edir - Kabo Verdenin qapıçısı fenomenə çevrildi!
  • Bu gün, 01:02
    Fransa inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:59
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 23:51
    "Neftçi"nin yay hazırlıq planı - bir rəqib bəllidi
  • Dünən, 23:20
    Londondan Madridə yollanacaq
  • Dünən, 22:59
    “Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
  • Dünən, 22:49
    Samuel Lobato "Qarabağ"da
  • Dünən, 22:30
    "Sumqayıt" Hakan Sünalla yolları ayırdı
  • Dünən, 22:02
    Mourinyonun köməkçisi olacaq
  • Dünən, 21:31
    "Seleksiya işlərində müəyyən çətinliklərlə üzləşirik" - Qurban Qurbanov
Daha çox
Oxunub: 280
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 266
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 233
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 232
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə