• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA neçə kluba, neçə bölgəyə defibrillyator qoşmalıdı? - KÖŞƏ

Manşet / Yazarlar

5-07-2025, 14:0

“Qəbələ” srağagün yaydığı açıqlama ilə ölkə futbolunun gündəmini dəyişdi.

Əslində qeyri-adi heç nə baş verməyib: illərdi maliyyə problemləri içində boğulan klub süni nəfəs aparatına qoşulmaqdan, koma vəziyyətində olmaqdan bezdi, futbol akademiyasının fəaliyyətini məhdudlaşdırdığını millətə elan etdi. O açıqlamanı bir cümlə ilə də ifadə etmək olar: daha pulumuz yoxdu, internatın və infrastrukturun xərclərini qarşılaya bilmirik.

Şəxsən mənim üçün gözlənilməz olmadı. Və indi gözlənilən bir qətlin tarixçəsini danışmağa da həvəsim yoxdu. Gerçəklik odu ki, ildən-ilə azalan maliyyə ötən il klubu tarixində ilk dəfə, daha dəqiqi, 18 mövsümün ardından elita ilə vidalaşmağa məcbur etmişdi. Əslində “Qəbələ” belə aqibəti yarımçıq qalan 2019/20 mövsümündə də yaşaya bilərdi. Onda tökülmüş-parakəndə vəziyyətdə olan komandanın köməyinə koronavirusun əli ilə AFFA çatdı, çempionat yarımçıq qaldı. Düzdü, “qırmızı-qaralar” ondan sonra daha iki dəfə 4-cü yeri tuta bildi, 2023/24 mövsümündə hətta ölkəmizi avrokuboklarda da təmsil etdi. Amma bu daha həmin – ardıcıl 5 mövsümdə “Qarabağ”la çempionluq uğrunda mübarizə aparan “Qəbələ” deyildi. Mənə elə gəlir ki, ata və oğul Heydərovların enerjisi, entuziazmı, həvəsi və ehtirası o 5 ildə bitdi – “Qəbələ” rəhbərliyi çempionluğu “Qarabağ”ın əlindən ala bilməyəndə. Sonrakı dönəm artıq xaotik yaşamaq uğrunda mübarizə idi ki, indi təfərrüatı bir daha xatırlatmağa ehtiyac yoxdu.

Amma “Qəbələ”nin məlum açıqlamasının ardından futbol ictimaiyyətində iki qəribə-əcaib fikir formalaşıb ki, bu məqama toxunmamaq mənim üçün ayıb olar. Birinci düşündürücü məqam odu ki, “Xəzər Lənkəran” və “Bakı” süqut edəndən sonra “Qəbələ”nin eyni taleni yaşamasına imkan verilməməliydi. Vallah-billah, bişmiş toyuq qazandan çıxıb buna gülər! “Xəzər Lənkəran”la “Bakı”nı kim dəfn etdi? Təbii ki, klub prezidentlərinin qardaşları!

“Xəzər Lənkaran”ın Mais Mənsimovun ön sırada durduğu bacarıqsız rəhbərliyi pulu sağa-sola tökdü, legionerləri aldatdı, büdcə talandı, bütün bunlardan bezən Mübariz bəy komandası “Nistru”ya uduzandan sonra verdiyi sözü tutdu: stadionun ərazisini eşşək fermasına çevirdi! Hafiz Məmmədov klubu qardaşı Zeynal bəyə tapşırdı, o da idarəçiliyi bacarmadı. Bunun üzərinə Hafiz bəyin AFFA prezidenti olmaq iddiası da gəldi, üstəlik ünlü biznesmen şəriki Ziya Məmmədovla münasibətləri pozdu və günlərin birində quru yurdda qaldığını anladı. Bütün bunların günahkarı mənəm, yoxsa Mübariz Mənsimov və Hafiz Məmmədov?

İkinci ana tezis ondan ibarətdi ki, AFFA “Qəbələ”nin çöküşünə imkan verməməliydi. Buna isə nəinki bişmiş, hətta bişməmiş toyuq da gülər! AFFA bir il ərzində “Qəbələ”yə maddi yardım şəklində 700 min manat verib, Qəbələdə aşağı yaş qruplarından ibarət yığmaların təlim-məşq toplanışlarının təşkili üçün 266 min manat xərcləyib, nəhayət, milli komandanın Estoniya ilə oyunundan əvvəl stadionun təmiri və abadlaşdırılması üçün 330 min manat ayırıb. Bütün bunlardan sonra AFFA-nı “Qəbələ”nin taleyinə biganəlikdə suçlamaq, yumşaq desəm, vicdansızlıqdı!

Biz niyə etiraf etmək istəmirik ki, Azərbaycanda futbola pul xərcləmək istəyən iş adamları, biznesmenlər, ağsaqqallar-qarasaqqallar yoxdu? Dünənə qədər hər kəs AFFA-nı qınayırdı ki, premyer-liqa Bakı çempionatına çevrilib, bölgə təmsilçilərinin qarşısını alırsız. AFFA sözün bütün mənalarında səxavətli davrandı, “Qəbələ”, “Karvan” və “İmişli”nin elitaya yolunu açdı. Bəs nə oldu? İndi açıq-aydın görünür ki. bu üç klubun heç biri elitada oynamağa hazır deyil. Yenə “Qəbələ”nin hansısa infrastrukturu var, “Karvan”la “İmişli”dən danışmağa dəyməz. Hər iki rayonda futbol klubunda söz sahibi olanlar rəqabətədavamlı komanda yaratmaq əvəzinə mülkiyyət davasına çıxıblar, AFFA-dan da bu işdə yardım istəyirlər.

Bəlkə də “Futbol+” səhifələrində 100 dəfə yazmışam, bu da 101-ci olsun: şəhər, rayon öz klubuna sahib çıxmayınca nicat yoxdu. Axı AFFA neçə kluba, neçə bölgəyə defibrillyator qoşmalıdı? Özünü müstəqil sayan klublar AFFA-dan pul dilənməkdən utanmırmı? AFFA büdcəsini niyə ayrı-ayrı peşəkar klubların xərcləri üçün ayırmalıdı?

Futbolun İnkişaf Fondu son illərdə rayonların və şəhərlərin biznes elitasını futbola hansısa şəkildə qoşmaq üçün bütün ağlasığan və ağlasığmaz addımlara əl atır. Bu qurumda çalışanların səmimi canıyananlığına inanıram, bəziləri ilə şəxsən tanışam. Amma nəticə varmı? Faktiki yoxdu. Hansısa anlaşmaya imza atanlar da cəmi bir il sonra dayanır, çəkilir, futbola pul xərcləmək istəmir.

Azərbaycanın böyük-böyük rayon və şəhərlərində stadiona gələn adamların sayına baxıram, yanıram. Bəzi toylarda bundan çox adam olur. Oyun üçün biletə 1 manat verib baxmaq istəməyən adamlar səhərdən axşama qədər kafedə çaya-pivəyə bundan 3-4 dəfə artıq pul xərcləyir. Daha nə deyim, nə danışım?!

“Qəbələ” çökdü, inanın ki, mən də ağrıyıram. Amma bu süqutun səbəblərini axtaranda ünvanı düz göstərmək lazımdı. Vallah-billah, bu dəfə səbəbkar AFFA deyil!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

12-06-2024, 22:0

“Qəbələ” iki od arasında qalıb - YAZI

Ölkə futbolu

3-07-2025, 15:0

"Qəbələ" Futbol Akademiyası fəaliyyətini məhdudlaşdırdı!

Aktual / Ölkə futbolu

17-04-2025, 18:0

AFFA "Qəbələ"yə pul ödədi, amma... - detallar

Ölkə futbolu / Ölkə kuboku

27-04-2023, 10:0

"Qəbələ" üçün 10-cu yarımfinal

Aktual / Ölkə futbolu

27-03-2025, 10:0

“Bir azdan mənim də komanda ilə yollarımı ayırdığımı yazacaqlar” – baş məşqçi

Ölkə futbolu / Manşet

5-04-2025, 21:0

"Qəbələ" 1-ci liqaya getdi, gördü, qalib gəldi, AFFA hələ pulu ödəməyib!

Aktual
Varqas nağılı başa çatır! – belə şey olar?
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
Son xəbərlər
  • Bu gün, 11:06
    Rövlan Muradov "Araz-Naxçıvan"da
  • Bu gün, 10:53
    Varqas nağılı başa çatır! – belə şey olar?
  • Bu gün, 10:31
    Mehdi Cənnətov "Səbail"də
  • Bu gün, 10:10
    Braziliya pley-offa qrup lideri kimi adladı - DÇ səhəri
  • Bu gün, 09:00
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
Daha çox
Oxunub: 265
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 255
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə