“Bir azdan mənim də komanda ilə yollarımı ayırdığımı yazacaqlar” – baş məşqçi

27.03.2025 10:23 42
Aktual / Ölkə futbolu
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında “Qəbələ”nin çempion olacağına heç kim şübhə etmir.

Elitaya qalan iki vəsiqəyə isə “Karvan” və “İmişli” daha çox iddialıdı. Turnir cədvəlindəki yerinə - 23 xalla 5-ci yer – görə “Zaqatala”nı da elitaya iddialılar sırasına qatmaq olar. Ancaq reallıq bir qədər fərqlidi. Komanda maliyyə probleminin içində çabalayır. “Football-plus.az” indiki durumla bağlı komandanın baş məşqçisi Rüstəm Məmmədovaun fikrini öyrənib:

“Komandanın premyer-liqadan imtina etməsi haqda xəbərlər də yayılıb. Bir azdan mənim də komanda ilə yollarımı ayırdığımı yazacaqlar. Belə söhbətlər yoxdu. Klubun rəhbəri və baş məşqçisi var. Müəyyən qədər maliyyə problemi var. Klub futbolçulara vaxtında maaş verir, hər şey qaydasındadı. Qış fasiləsində problem ondan ibarət idi ki, maliyyə məsələsinə görə istədiyimiz oyunçuları ala bilmədik. Amma məşqlə bağlı problem yoxdu”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul